
Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda keçirdiyi aksiyanı aksiyanın 24-cü günündə daha da canlanma müşahidə edilir.
ANmedia.az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirirlər.
Ötən günlərdə olduğu kimi, aksiya zamanı istər sülhməramlılara, istərsə də BQXK-ya məxsus humanitar məqsədlə keçid etmək istəyən avtomobillərə maneəsiz keçid şəraiti yaradılıb. Səhər saatlarından bu anadək BQXK-ya məxsus-3, RSK-ya məxsus 12 maşın keçib.Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








