
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib.
ANmedia.az Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) rəsmi saytına istinadən xəbər verir ki, yarış bu il avqustun 14-də başlayacaq və sentyabrın 3-dək davam edəcək.
Daha əvvəl mundialın Rusiyada təşkili planlaşdırılsa da, ISSF Ukraynaya hərbi müdaxilə səbəbindən bu ölkədə keçirilməsi nəzərdə tutulan bütün turnirləri təxirə salıb. Nəticədə Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək hüququnu itirib. Bundan sonra dünya çempionatını təşkil etmək Azərbaycana həvalə olunub.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








