ANmedia.az Demokrat.aza istinadən xəbər verir ki, rəis vəzifəsinə polis mayoru Füzuli Əsədov, komandir vəzifəsinə isə polis leytenantı Namiq İmanov təyin edilib.
F.Əsədov bu təyinata qədər Xızı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, N.İmanov isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inispektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə Xaçmaz rayon Polis şöbəsinin DYP-nin rəisi daxili işlər orqanlarının sərəncamına götürülüb, bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə orqandan xaric edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin