Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) üzvlüyünə qəbul edilib.
ANmedia.az xəbər verir ki, bu barədə AASSA-dan göndərilən məktubda bildirilib.
Qeyd edilib ki, bu, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi olaraq tərkibinə daxil olduğu ilk beynəlxalq qurumdur. Baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşən Asiya Elmlər Akademiyaları və Assosiasiyaları Cəmiyyəti 34 ölkənin Elmlər akademiyalarını əhatə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin