Bu gün biz olduqca məhsuldar görüş keçirdik.
ANmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Nazir xatırladıb ki, bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur: “Bu ilin yekunlarına dair geniş spektrli, çoxşaxəli söhbətlər etdik. Ölkələrimiz arasında imzalanan sənədlər yüksək səviyyədə tərtib edilib və gələn il bir sıra sənədlərin reallaşdırılmasının şahidi olacağıq”.Ceyhun Bayramov qeyd edib ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün danışıqların üçüncü raundu keçirilməli idi.
“Bu gün həmçinin Şimal-Cənub layihəsi barədə söhbətlər apardıq. Hansı ki, bir sıra komponentlərden ibarətdir. Bura ilk növbədə nəqliyyat və dəmir yolu daxildir. Eyni zamanda, bu gün biz bu layihənin imkanlarının genişləndirilməsi, elektrik enerjisinin ötürülməsi və humanitar mövzularda söhbətlər apardıq”, - XİN rəhbəri əlavə edib.