Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasındak ilk turun oyunları keçirilib.
ANmedia.az-ın məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan tura “Abşeron” - “Murov” matçı ilə start verilib.
Mövsümün ilk oyununda “Murov” qalib gəlib. Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv rəqibini 3:1 (25:19, 25:13, 11:25, 26:24) hesabı ilə məğlub edib.
Günün ikinci matçında “Azərreyl” UNEC-i sınağa çəkib. Turun son matçında qalib üç hissədə müəyyənləşib. Eldar Yusubovun başçılıq etdiyi komanda hər üç setdə üstün oyun nümayiş etdirərək, görüşü qələbə ilə başa vurub - 3:0 (25:09, 25:17, 26:24)
Beləliklə, ilk turdan sonra aktivinə 3 xal yazdıran “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.
Qeyd edək ki, Yüksək Liqanın qalibi 6 dövrədən sonra bəlli olacaq.