AYİB ilə elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Memorandum imzalanıb.
ANmedia.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, aşağı karbonlu və dayanıqlı inkişaf məqsədli bu əməkdaşlıq yaşıl enerjinin inkişafına, elektrik stansiyalarında səmərəliliyin artırılmasına və CO2-nin azaldılmasına töhfə verəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin