Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib.
ANmedia.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə, Qafqaz Müsəlmanları İdarəsi, eləcə də, Rus-Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçiləri, müxtəlif dini konfessiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.
M.Qurbanlı deyib ki, tolerant dəyərlər bugünkü dünya üçün çox vacibdir.
O bildirib ki, bu gün dünya ciddi təhdidlərlə üzləşib: "Bu təhdidlərin qarşını almaq üçün barışa ehtiyac var. Bu məsələdə dini liderlərin üzərinə böyük öhdəlik düşür. Tolerantlıq olmasa, daha ciddi təhdidlər görə bilərik".
M.Qurbanlı xatırladıb ki, tolerantlıq yalnız bir ölkə üçün olmamalıdır: "Bu, qlobal tendensiyadır. Dünyada səmavi dinlərlə yanaşı, digər inanclar da var. İnsanlar buna hörmətlə yanaşmalıdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin