Azərbaycanla Türkiyə arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib.
Bu barədə ANmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov hər iki qardaş ölkə arasında keçirilən Qərargah danışıqlarının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, plana uyğun olaraq qardaş ölkənin nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin