Bu barədə ANmedia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfərdə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini - Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi Anar Nəsibov, Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı və Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vüsal Mehrəliyevdən ibarət heyət iştirak edib.
Tədbir çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Lətif Hüseynov, Mikola Qnatovski və digər əməkdaşlar nümayəndə heyətini məhkəmənin iş fəaliyyəti ilə tanış edərək, şikayətə baxılma prosedurunun xüsusiyyətləri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasının müvafiq maddələri üzrə aşkar olunmuş pozuntulara dair məhkəmə təcrübəsi, onların effektiv həlli istiqamətində görülməli olan işlər, habelə məhkəmə presedentinə əlçatanlığın təmin edilməsi barədə ətraflı məlumat verilib. Bundan başqa prokurorluq orqanlarının müxtəlif struktur qurumlarını təmsil edən heyət üzvləri tərəfindən qarşılıqlı maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb.
Səfərin növbəti mərhələsində nümayəndə heyəti Avropa Şurasının inzibati binası ilə tanış olub. Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov, Məhkəmə qərarlarının icrası üzrə departamentinin nümayəndələri və İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratına Baş Prokurorluqdan ezam olunmuş Elşən Orucov ilə görüşlər keçirilərək məhkəmə qərarların icra vəziyyəti və mexanizmi, həmçinin Avropa Prokurorlarının Məşvərət Şurasının (CCPE) fəaliyyətinə dair geniş məlumat verilib.
Eyni zamanda, səfər zamanı İnsan Hüquqları üzrə İdarəetmə Komitəsinin (CDDH) qrup rəhbəri David Milner tərəfindən Komitənin fəaliyyəti, o cümlədən ekoloji hüquqpozmaların insan hüquqlarına təsiri mövzusunda təlim keçirilib.