Bu il Memarlar İttifaqı yanında “Vətəndaş” ictimai hərəkatı yaradılıb və qısa bir müddətdə təkcə Bakı şəhərində 70-dən çox tarixi bina bərpa edilib, şəhərsalma qaydalarının pozulması faktları aradan qaldırılıb.
ANmedia.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Memarlar İttifaqının XX qurultayında İttifaqın sədri Elbay Qasımzadə bildirilib.
O vurğulayıb ki, Memarlar İttifaqı gənc həmkarların yaradıcılığına diqqəti və dəstəyi, onların İttifaqın idarəolunmasına cəlb edilməsini artırıb.
Qeyd edək ki, Elbay Qasımzadə yenidən səsvermə ilə Memarlar İttifaqının sədri seçilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin