2 dekabr 2022-ci il tarixdə Respublika Narkoloji Mərkəzində Ədliyyə Nazirliyi Probasiya Xidmətinin təşkil etdiyi azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilməklə yanaşı, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş maarifləndirici tədbir keçirilmişdir.
Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatında olan 60 məhkumun iştirakı ilə keçirilmiş həmin tədbirdə onlara alternativ cəzaların icrasının xüsusiyyətləri, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası qaydasının pozulmasının nəticələri izah edilmiş, Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən isə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydası və şərtləri barədə geniş məlumat verilmişdir.
Tədbirdə iştirak edən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndələri məhkumlara sosial-psixoloji dəstək və informasiya yardımı göstərmiş, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin