Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.
Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin