
"Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq".
ANmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib.
“Azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi bəzi ölkələrin səssizliyidir”, - dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir".
Ərdoğan həmçinin bildirib ki, terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur.