Fövqəladə Hallar Nazirliyinin (FHN)Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
ANmedia.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, müşavirədə FHN Sumqayıt Regional Mərkəzinin, Xızı Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov keçirilən tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən digər natiqlər mülki müdafiə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər.
Həmçinin, Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş kompleks yoxlamaların nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib.
Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin