Ədliyyə Nazirliyinin Aparatının strukturuna Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələri daxil edilib.
ANmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”na edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələri ləğv edilib. Kadrlar Baş İdarəsinin əsasında isə İnsan Resursları Baş İdarəsi yaradılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin