Səngəçal karvansarası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil edilib. Tarixi abidənin bərpa olunmasına ehtiyac var.
ANmedia.az bunu APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.
Qeyd olunub ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan bu karvansaranın bərpa olunaraq, istifadə olunması məsələsi diqqətdə saxlanılır: "Bir neçə gün öncə Dövlət Xidmətinin rəhbərliyi də həmin abidədə olub, tarixi tikilinin mühafizəsi və gələcək nəsillərə tam şəkildə çatdırılması üçün müvafiq addımların atılacağını bildirib. Onu da qeyd edək ki, abidə bərpa olunması üçün investisiya planına salınıb. Vəsait ayrıldıqdan sonra bərpa işlərinə başlanılacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin