“Azərişıq” ASC “İntegras” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
ANmedia.az xəbər verir ki, müqavilədə Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Cəlilabad rayonu Buravar, Şatırlı kəndləri, Neftçala rayonu Mürsəlqulu kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 976 857 manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin