Brüsseldə Azərbaycanda multikulturalizm siyasətindən bəhs edən film nümayiş olunub
Brüsseldə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin dağıdılmasından bəhs edən və Azərbaycanda multikulturalizm siyasətinin uğurlarını əks etdirən “Erməni separatçılarının Qarabağdakı məbədlərlə müharibəsi” adlı sənədli filmin nümayişi keçirilib.
ANmedia.az “Euroreporter”ə istinadən xəbər verir ki, filmin rejissoru azərbaycanlı jurnalist Anastasiya Lavrinadır.
“Ölkəmin dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün insanlar arasında yaxşı münasibətlərin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlarını nümayiş etdirmək çox vacibdir, film bu işə əla töhfədir”, - bunu film nümayişində iştirak edən Azərbaycanın Aİ-dəki səfiri Vaqif Sadıqov bildirib.
Onun sözlərinə görə, Azərbaycan həqiqətən multikulturalizmi təşviq edir və Bakı bunun gözəl nümunəsidir: şəhərdə pravoslav, lüteran və katolik kilsələri, həmçinin məscidlər var.
Qısametrajlı film ölkədəki xristian irsindən və başqaları üçün nümunə ola biləcək multikulturalizm siyasətindən bəhs edir.
Filmdə, həmçinin Azərbaycanın 30 ilə yaxın Ermənistanın tərəfindən zədələnmiş və ya tamamilə dağıdılmış dini ziyarətgahların və kilsələrin bərpası istiqamətində davam edən səyləri vurğulanır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin