22 noyabr - ədliyyə işçilərinin peşə bayramı ərəfəsində ədliyyə sahəsində tətbiq olunan yeni rəqəmsal innovasiyaların ictimai təqdimatı keçirilir.
ANmedia.az xəbər verir ki, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, qazanılan nailiyyətlər Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlətimizin başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi xüsusi diqqət və qayğının real təzahürüdür.
Azərbaycanın davamlı sosial-iqtisadi tərəqqisi ölkə başçısının rəhbərliyi ilə uğurla təmin edilir, insanların rifahının yaxşılaşmasına xidmət edən ardıcıl sosialyönümlü qərarlar qəbul olunur, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılır.
Dövlətimizin başçısı və Birinci vitse-prezidentin təşəbbüsü ilə xidmət sektorunun inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər, o cümlədən “ASAN xidmət”, DOST mərkəzləri, Daşınmaz Əmlakın Məkanı kimi xidmət yerləri vətəndaşların dövlət orqanlarında əlçatanlığının artırılması, bu sahədə şəffaflığın təmin edilməsi və eyni zamanda, xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradıb.
Elektron ədliyyə xidmətlərinin genişləndirilməsi, smart konsepsiyalar əsasında idarəetmənin optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması ədliyyənin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Bu strategiyaya uyğun olaraq 2022-ci ildə Ədliyyə Nazirliyi yeni innovasiyaların tətbiqinə imza atıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin