Siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə məşğul ola biləcək.ANmedia.az-ın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapıb.
Qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin Media haqqında” qanuna uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) məqsədləri üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, siyasi partiya ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








