Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.
ANmedia.az ANAMA-dan APA-ya verilən məlumata istinadən xəbər verir ki, noyabrın 14-dən 19-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 96 piyada əleyhinə mina, 23 tank əleyhinə mina və 345 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 358 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin