Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir .
Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməsinə çox çalışıb:
“Amma burada Prezident İlham Əliyev prinsipial və qətiyyətli formada öz mövqeyini ortaya qoyaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinin mümkünsüzlüyünü bildirdi. Bir müddət əvvəl Rusiya da bu məsələyə münasibət bildirmişdi, indi isə ABŞ. Bununla da Azərbaycan Qarabağla bağlı növbəti diplomatik qələbəsini təmin etmiş oldu və Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun bərpa etməsi və geri qaytarması mümkün olmadı”.
Deputat hesab edir ki, ABŞ-ın məsələyə bu cür münasibəti böyük hadisədir:
Deputat hesab edir ki, ABŞ-ın məsələyə bu cür münasibəti böyük hadisədir:
“Çünki Fransa və başqa dövlətlər Ermənistanın mövqeyi üçün çalışırdı, amma Azərbaycan prinsipiallığı ilə bu məsələyə nöqtə qoydu. Artıq ATƏT-in Minsk qrupu tarixə keçmiş oldu. İndi biz digər istiqamətdə addımlarımızı atırıq. Bu da Azərbaycanın qələbəsinə öz töhfəsini verəcək. Ermənistan da başa düşməlidir ki, təxribatlarla və sülh prosesini pozmaqla heç nəyə nail ola bilməyəcək. Azərbaycanın mövqeyi prinsipialdır”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının Beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-nin Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtı çatdığını bildirib.
O, Minsk qrupu mexanizminin artıq işləmədiyini və Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində ABŞ-nin hər iki ölkə ilə birbaşa təmasda olduğunu açıqlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin