Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və
müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində yerləşən tam təmirli
mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Hidayət Abdullayev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci
müavini Səməd Tomuyev iştirak ediblər.
Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq
şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin genişmiqyaslı sosial dəstək
tədbirləri ilə əhatə olunduğu vurğulanıb.
Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstəkyönümlü 249 min xidmət
göstərildiyi bildirilib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə
əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil
və fərdi ev verilib.
2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1100-ə yaxını
təqdim edilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara
postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil
verilib.
Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər dövlət
qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin