
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib.
Bu barədə səfir özünün “Twitter” hesabında yazıb.
“Etimadnamələrimin surətlərini təqdim etməkdən məmnun oldum. Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini Bruno Bissona isti qarşılamaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Bruno Bisson”, - səfir qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin