Azərbaycan Respublikasının azad edilmiş ərazilərində dövlət sərhədindən buraxılış məntəqələrinin yaradılması və fəaliyyətinin təşkil 2022-2025-ci illərdə təmin olunacaq.
ANmedia.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb. Sənədə əsasən, Dövlət Gömrük Komitəsi Dövlət Sərhəd Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə 2022‒2025-ci illərdə azad olmuş ərazilərdə sərhəd buraxılış məntəqələrinin fəaliyyətə başlamasını təmin etməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin