
Qubada Baş Prokurorluq tərəfindən “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda işgüzar konfrans keçirilir.
ANmedia.az APA-nın yerli bürosunun xəbərinə istinadən xəbər verir ki, konfrans dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilib.
Tədbirdə məhkəmə və hüquq-mühafizə orqanlarının, o cümlədən nazirlik və komitələrin nümayəndələri iştirak edir.
Qeyd edək ki, bu formatda silsilə konfranslar bundan əvvəl Gəncə, Lənkəran, Gədəbəy, Şəki şəhərlərində keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin