“Mən sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək İşçi Qrup tezliklə birinci iclası keçirtməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur”.
ANmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib.
Azərbaycan Prezidenti albaniyalı həmkarı ilə bu gün qaz sahəsində əməkdaşlıq, əldə edilmiş nailiyyətlər və görüləcək işlər haqqında fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb.
Dövlət başçısının sözlərinə görə, ancaq enerji sektorundan əlavə digər sahələrdə də əməkdaşlıq üçün çox yaxşı imkanlar var: “Qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahəsi – bütün bu sahələr, bilirəm ki, sizin ölkəniz üçün və bizim üçün də prioritet təşkil edir. Ona görə də bu istiqamətlər üzrə əminəm ki, biz inamla addımlayacağıq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin