Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanı Konstitusiya Günü münasibətilə təbrik edib.
Bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.
“Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Milli bayram münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, Əsas Qanun hər zaman ölkənin suverenliyinin, sabitliyinin və gələcək inkişafının etibarlı təminatçısı olaraq qalsın!” - deyə paylaşımda qeyd edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin