“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki,bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) “Twitter” səhifəsində yazılıb.
“Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, - paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün - 12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin