ANmedia.az QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə istinadən bildirir ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin, QMİ Qazılar Şurasının üzvləri, QMİ-nin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsində Zəfərimizdən iki il ötür:
Həmçinin, üçrəngli dövlət bayrağımızın fəxarətli bayram gününü qeyd edəcəyik. Tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın mübarək tarixi hər bir azərbaycanlının şərəf günü, qürur mənbəyidir. Zəfər bayramının dövlətçilik qüdrətimizin, Vətən sevgisinin zirvəsi olaraq xalqın qəlbində önəmi olduqca böyükdür. Azərbaycan xalqı 2020-ci ildə 44 gün ərzində tarixin dövlət imtahanından qalibiyyətlə keçdi. Beynəlxalq hüququn tanıdığı, lakin təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli missiyanı müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Ordumuz həyata keçirdi. İllərlə həsrətində olduğumuz əzəli torpaqlarımızı işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək, məscidlərimizi, məbədlərimizi həqarətdən, sərvətlərimizi yağmalanmaqdan qurtarmaq yolunda haqq mübarizəmizi, dünya birliyinin göz yumduğu vandalizm hallarına, mədəni soyqırımı cinayətlərinə son qoymaq, dağıdılmış, ruhlar məkanına çevrilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq vəzifəsini şanlı Azərbaycan Ordusu ləyaqət və şərəflə yerinə yetirdi”.
QMİ sədri dini mərkəzin, din xadimlərinin bu dövrdə fəaliyyətinə toxunub: «İstər Vətən müharibəsi günlərində, istərsə mübarək Zəfərimizdən sonra biz din xadimləri dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmizin həqiqətləri barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yolunda əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları sıradan çıxarmaq üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla apardığımız gərgin fəaliyyətlərimizlə ümumi Zəfərə öz töhfəmizi verdik. Din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə dini xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi layiqli şəkildə həyata keçirdik. Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla birlikdə olduq, çiyin-çiyinə haqq mücadiləmizə yardımçı olduq. Din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə dini xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmizdir və biz bu vəzifəmizi layiqli şəkildə həyata keçirdik. Həmin günlərdə də, hər zaman olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyalarla birlikdə olduq, çiyin-çiyinə haqq mücadiləmizə yardımçı olduq. Fəxarət doğuran haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxış zamanı Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, yüksək dəyərləndirdi. Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaqdır. Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyildir. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər. Vətən müharibəsindəki Zəfərimizin ilk ildönümündə işıq üzü görmüş “Vətən və İman” adlı nəşrdə Azərbaycanın bütün dini konfessiyaları ilə birgə Vətən müharibəsindəki fəaliyyətlərimiz geniş işıqlandırılıb. Müxtəlif dillərə tərcümə olunmuş bu kitabda dünya ictimaiyyətini din xadimlərinin fədakar dəyləri və əməlləri, dindarların Vətən sevgisi nümunələri ilə tanış etməkdəyik. Din xadimləri olaraq, bölgədə sülh və qarşılıqlı anlaşma mühiti naminə bundan sonra da mənəvi missiyamızı yerinə yetirmək əzmindəyik və əlimizdən gələni əsirgəməyəcəyik
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin