“2021-ci ilin iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşada ilk dəfə olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Şuşada Türkiyənin Vitse-prezidenti Fuad Oktayla mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, dövlət başçıları tərəfindən həmin gün imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyə arasında dünya miqyasında görünməmiş dostluq, qardaşlıq, tərəfdaşlıq və həmrəyliyin zirvəsinə çevrilərək ikitərəfli münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırıb:
“Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı xalqlarımızın ortaq milli mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb. Dövlət başçılarımızın arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri, inam və etimad Azərbaycan və Türkiyə əlaqələrinin uğurlu inkişafına müsbət təsir göstərən ən vacib amildir. Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etməkdədir. Hesab edirəm ki, cənab Fuad Oktayın səfəri bunun bariz nümunəsidir. Səfər çox uğurlu keçir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin