“Şuşada olduğuma görə sevinirəm”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ 30 ildən sonra işğaldan azad edilib:
“Fürsətdən istifadə edib şəhidlərimizi yad edirəm. Bütün dünya Azərbaycanla paylaşdığımız müdafiə sənayesi məhsullarının bacarığının şahidi oldu”.
F.Oktay bildirib ki, Şuşanın “Qarabağın ürəyi” adlandırılması təsadüfi deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin