𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, Moldova mətbuatında Milli Məclisin sədri Sahibə Qafarovanın oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxışı rumın və rus dillərində yayımlanıb.
Moldovanın “Noi”, “Timpul”, və “Dosar Media” portallarında yayımlanmış xəbərlərdə bu ilin mart ayında Almatıda Parlamentlərarası Assambleyanın yaradılmasının 30 illiyinin qeyd edildiyi, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində fəal şəkildə genişmiqyaslı quruculuq və yenidənqurma işləri apardığı əks olunub.
Eyni zamanda, xəbərlərdə Ermənistan tərəfindən basdırılan minaların hələ də bərpa işlərində ən böyük problemlərdən biri olduğu, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il ərzində mina partlayışları nəticəsində 260-dan çox Azərbaycan vətəndaşının həlak olduğu və ağır yaralandığı, bu minaların Ermənistan tərəfindən həm işğal illərində, həm də müharibədən sonra 2021-ci ildə basdırıldığı, həmçinin sentyabr ayının 13-də Ermənistanın növbəti hərbi təxribatının çoxsaylı insan tələfatına səbəb olduğu, eləcə də məhz Azərbaycanın beynəlxalq hüququn hamılıqla tanınmış 5 prinsipi əsasında Ermənistana sülh təklif etdiyinə dair məlumat yer alıb.
Bundan əlavə, məlumatlarda İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmalı olduğu, Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu prosesin gecikməyəcəyi və sülh sazişinin imzalanması üçün real addımlar atılacağı qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin