“Beynəlxalq təşkilatlar viran qoyulmuş Azərbaycan torpaqları ilə əlaqədar hələ də əməli addımlar atmır, ermənilərin törətdikləri vəhşiliklərə düzgün qiymət vermirlər”.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir ki, bunu “Türkiyə Gəzginlər Klubu” dərnəyinin prezidenti Salman Arınc deyib.
Onun sözlərinə görə, bu gün qədim Şuşa şəhərinə səyahət etdikləri üçün sevincli və qürurludurlar:
“Türkiyə Gəzginlər Klubu” olaraq, pandemiyadan sonra ilk səfərimizi Azərbaycana, xüsusilə Qarabağa etmək qərarına gəldik. Fikrimcə, Şuşa Qarabağın qəlbidir və çox geniş mədəniyyətə sahibdir. Təəssüf ki, bu qədim şəhər erməni vandalizminə məruz qalaraq xarabaya çevrilib, lakin Azərbaycanın qısa zamanda gördüyü quruculuq işləri bizi bir daha qürurlandırdı”.
“Burada bir xalqın irsi dağıdılıb, məhv edilib, şəhərlər tamamilə xarabalığa çevrilib. Lakin UNESCO kimi beynəlxalq təşkilatlar hələ də bu məsələyə lazımi reaksiya vermir. Sadəcə, sözdə qınamaqla bu məsələdə həll yolu tapıla bilməz. Beynəlxalq təşkilatlar erməni vandalizminə düzgün qiymət verilməlidir”, - S.Arınc vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin