Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
ANmedia.az-ın xəbərinə görə, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin