“Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik”.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
“Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə də nəqliyyat sahəsində Gürcüstanla Azərbaycan arasında sıx koordinasiya aparılmalıdır”, – Prezident İlham Əliyev qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin