“Ermənistan qüvvələri məqsədyönlü şəkildə Gəncədə mülki əhaliyə raket zərbələri endirib”.
ANmedi.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva BTMT-də 44 günlük müharibədə Gəncəyə hücumların ikinci il dönümü ilə bağlı tədbirdə deyib.
O bildirib ki, Gəncə cəbhə zonasında uzaqda yerləşən şəhərdir: “Bu hücumlar gecə saatlarında edilib, məqsəd bəllidir. Ətrafda həm bir hərbi obyekt olmadığı bir daha sübut edir ki, məqsəd mülki şəxsləri məhv etmək olub. Moskvada keçirilən görüşdə humanitar atəşkəs olunduğu andan bir müddət sonra Ermənistan bu atəşkəsi pozdu, bir neçə istiqamətdə hücum etdi, Suqovuşanda azərbaycanlı tibbi personal tərəfindən erməni hərbçilərinin meyitləri yığılarkən onlara qarşı hücumlar törədildi, Gəncə hədəf alındı. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar hüququ, fundamental prinsipləri, Cenevrə protokollarını pozması halıdır”.
Leyla Abdullayevanın sözlərinə görə, XİN bu istiqamətdə məlumatlandırma aparıb, dəlillər toplanaraq beynəlxalq təşkilatlara göndərilib: “Hərbi cinayətlə bağlı Avropa Məhkəməsində və Beynəlxalq Ədalət Məhkəməsində vəsatətlər qaldırılıb. Bu məsələlər hələ də baxılır.
Azərbaycan təqsirkarların ədalət qarşısında, qanun qarşısında cavab verməsi üçün biz bütün imkanlar istifadə edəcək. Təəssüflər ki, bu günə qədər hərbi cinayətlər törədən şəxslərdən bir nəfər də Ermənistan tərəfindən qanun qarşısında cavab verməyib. Biz hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiqlər etməyə çağırış edirik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin