“Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası Azərbaycan startaplarını Dubay və Pakistan bazarlarına daxil olmasına şərait yaratmağa çalışır”.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir.
“Biz həmçinin blokçeyn texnologiyası üzrə ekspertləri Azərbaycana gətirmək, Azərbaycanda startapları yetişdirmək, investisiya və vençur kapitallarını ölkəyə gətirmək istəyirik. Bununla yanaşı, Dubay və Pakistandan Azərbaycana startaplar gətirmək istəyirik. Bu istiqamətdə danışıqlar aparılır”, - X.Bhattin deyib.
Palata rəsmisi qeyd edib ki, Azərbaycanda səfərdə olan şirkətlərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi ilə görüşü planlaşdırılır:
“İnnovasiyalar Agentliyi ilə Azərbaycanda startaplara əsaslanan bilikləri necə gücləndirəcəyimizin müxtəlif sahələrini müəyyən edəcəyik”.
X.Bhattin iki ölkə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək üçün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İşçi Qrup yaratmağı planlaşdırdığının açıqlayıb:
“İşçi Qrupun yaxın bir aya kimi fəaliyyətə başlanması gözlənilir. İşçi Qrupun əsas fəaliyyəti İKT sahəsi olacaq. Əlbəttə, texnologiya sahəsini əhatə edərkən biz digər sahələrin də İKT sektoru ilə birlikdə fəaliyyətini nəzərdən keçirəcəyik”.
O vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək üçün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası olaraq bir sıra sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyən etməyə çalışırıq:
“Pakistan İKT sektorunda böyük layihələr icra edir, ölkənin illik İKT məhsullarının, xidmətlərinin ixracı 3 milyard ABŞ dolları təşkil edir. İnformasiya texnologiyaları elə bir sahədir ki, bu sahədə gömrük, logistika, nəqliyyat kimi məsələlərlə bağlı çətinliklər yoxdur”.
PAKAZCHAM-ın rəhbəri xatırladıb ki, İKT sektorunda əməkdaşlığı genişləndirmək üçün Bakıda Azərbaycan-Pakistan Texnologiya Forumu keçirilib. Bu forumda Pakistanın 40-a yaxın şirkəti iştirak edib.
“Biz həmçinin Pakistan kapitallı Dubayda fəaliyyət göstərən şirkətlərdən xahiş etdik ki, startaplar, blokçeyn, süni intellekt üzrə mütəxəssislərini Azərbaycana gətirsinlər. Azərbaycanın İxracının və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə biz bu kimi işləri reallaşdırmağa çalışdıq. Foruma Azərbaycan tərəfindən isə İKT, bank, sığorta kimi sahələrdə fəaliyyət göstərən şirkətlər qatıldı. Tədbir çərçivəsində bir sıra görüşlərimiz olub. Mənim Pakistan şirkətlərinə məsləhətim budur ki, Azərbaycana yalnız xidmətlərini təklif etməyə gəlməsinlər. Həmçinin, Azərbaycanda ofislərini açsınlar, ölkəyə investisiya etsinlər. Azərbaycanı biznes haba çevrilməsində dəstək olsunlar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin