"Amnistiya Aktı ilə 7 369 nəfər ayrı-ayrı cəzalardan azad edilib".
Anmedia.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
O deyib ki, "8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı 8 825 nəfərə tətbiq edilib:
"Onlardan 3 809-u Penitensiar xidmət, 5010-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib, 1450 nəfərin isə cəzası azaldılıb".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin