2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 26,86 faiz və ya 2,299 milyard manat artaraq 10,858 milyard manat təşkil edib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Ölkə üzrə bank əmanətlərinin 89,14 faizi (9,678 milyard manat) Bakı şəhərinin, 10,86 faizi (1,179 milyard manat) regionların payına düşüb.
Eyni zamanda, əmanələtin 60,3 faizi (6,548 milyard manat) milli valyutada, 39,7 faizi (4,31 milyard manat) xarici valyutada olub.
Avqustun 31-nə olan vəziyyətə görə, əmanətlərin orta illik dərəcəsi ölkə üzrə 3,36 faiz, Bakı şəhərində 3,21 faiz təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin