
“Türkiyə, Krımda olduğu kimi, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasını tanımaq niyyətində deyil”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda keçirdiyi mətbuat konfransında deyib.
“Biz Krımın ilhaqını tanımırıq və bu barədə Rusiyaya deyirik. Donetsk, Luqansk, Zaporojye və Xersonda keçirilən referendumlarla bağlı narahatlığımızı bildirdik. Biz onları tanımadığımızı açıq şəkildə bəyan etmişik”, - deyə Çavuşoğlu vurğulayıb.
Mənbə: TASS
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








