BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə təşəkkür edib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Tsaba Körösi Tvitter hesabında yazıb.
O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə minnətdarlığını bildirib.
BMT rəsmisi həmçinin bildirib ki, görüşdə regionda və ondan kənarda sülh, təhlükəsizlik, ərzaq və enerji məsələləri müzakirə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin