
"Azərbaycan bizim can qardaşımızdır. İki dövlət tək millət nöqtəsindən hərəkət edərək Azərbaycanın haqlı mübarizələrində onların yanındayıq".
Anemdia.az "Anadolu" agentliyinə istinadən xəbərə verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mətbuat təmsilçiləri ilə görüşündə deyib. Qafqazda davamlı sülh və sabitliyə nail olmağın əsas məqsəd olduğunu vurğulayan Türkiyənin milli müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana birgə təklif etdiyi sülhün bu ölkə tərəfindən qəbul edilməsinin vacibliyini vurğulayıb:
"Cənab Əliyev və cənab prezidentimizin Ermənistana birgə uzatdığı sülh əlinin başa düşülməsi və Ermənistanın uzadılan bu əli qəbul etməsi, bu fürsətdən istifadə edilməsi bizim arzumuz və istəyimizdir. Məsələ tək Azərbaycan - Ermənistan deyil, bütün regionun - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran - bütövlükdə sabitlik adasına çevrilməsidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








