“Azərbaycan 30 il sürən işğala 44 günə son qoyub. Bu zəfər Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan Ordusunun və xalıqının birliyinin sayəsində mümkün oldu”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının (PA) Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə onun Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasiminə ünvanladığı videomüraciətində deyib.
Onun sözlərinə görə, gələcəkdə də bölgədəki ölkələrin hüquqa söykənərək konstruktiv addımlar atması bu bölgənin inkişafı səbəb olacaq:
“Bu gün diplomatiyada qazanılan qələbə Qarabağda döyüşdə qazandığımız qələbəyə görədir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin