𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 2021-ci ildə sərhəd keçid məntəqələrində pandemiya məhdudiyyətlərinin davam etməsi Azərbaycana gələn əcnəbi vətəndaşların sayına əhəmiyyətli dərəcədə təsir göstərməyə davam edib, bu isə öz növbəsində, qonşu ölkələrin gəlmə sayındakı payının artması ilə nəticələnib. Ən çox əcnəbinin gəldiyi ilk 15 ölkə arasında qonşu ölkələrin payı xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycana gələn əcnəbi vətəndaşların sayına görə Rusiya (258,3 min) ilk pillədə qərarlaşıb. Onu müvafiq olaraq Türkiyə (197,9 min), İran (125,3 min) və Gürcüstan (62,6 min) izləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin