𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, hər il təxminən 10 minə yaxın namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlara qatılmaq üçün müraciət edir: “Ancaq onların heç də hamısı test mərhələsində iştirak etmir. Bu bizim üçün də çox maraqlıdır”.
Mərkəz direktoru bildirib ki, ən çox vakant yer musiqi fənni üzrə olub: “Bu say 1 857 nəfərdir. Rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı Şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyin tabeliyində olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib”.
N.İsmayılbəyli əlavə edib ki, Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır.
O qeyd edib ki, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb:
“Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin