“Azərbaycanın hazırda dəyişən dünyada regional yeniliklər baxımından Avropa üçün strateji dəyəri daha da artır”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki ,bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Latviya parlamentinin üzvü, bu ölkənin keçmiş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib.
“Düşünürəm ki, bu gün Avropanın enerji təchizatından tutmuş digər strateji hədəflərinə qədər sabit tərəfdaşları siyahısında Azərbaycan da var. Prezident İlham Əliyevin bu yaxınlarda Avropaya etdiyi növbəti səfərinin gündəliyində olan mövzular məhz bunun təzahürüdür. Avropa təhlükəsizliyinə təhdid kontekstində baş verən hadisələr fonunda etibarlı enerji tərəfdaşları siyahısına yenidən baxılır ki, bu da regionun çox həssas tarixi mərhələdən keçdiyindən xəbər verir”, - o bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin