Bu məsələ ilə bağlı dünən Qəzənfər Hüseynov müəllimi və Taleh Şahsuvarov bəyi məlumatlandırmışdım. Onlar da öz səhifələrində yeni yolla bağlı məlumat veriblər. Mən də bu məsələyə qısa aydınlıq gətirmək istəyirəm, çünki həm yolun layihəsinin müzakirəsində iştirak etmiş, həm də bu yol hazır olduqdan sonra onunla yerində tanış olmuşam.
Yeni yolun uznluğu barədə məlumatınız var: təxminən 32 km-dir. Bunun təxminən 10 km hissəsi Qərbi Zəngəzur ərazisindədir. Həmin hissə bizim üçün maraqlı deyil, çünki qonşu dövlətin (Ermənistanın) ərazisidir. Azərbaycan ərazisinə yeni yolun 22 km-lik hissəsi düşür. Bu da bizim iki rayonumuza aiddir: təxminən 8-9-km Laçın rayonunun ərazisinə, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür.
Beləliklə, yeni yolun Laçın rayonu ərazisindən keçən hissəsi maksimum 9 km-dir. Marşrut elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və yararlı torpaqlardan imkan daxilində yan keçsin. Ona görə də yeni yol yalnız Qayğı qəsəbəsindən keçir, Laçının başqa heç bir kəndindən keçmir (Məlumat üçün: Qayqı qəsəbəsi 1980-ci illərin sonunda separatçılar baş qaldırdıqdan sonra tikilməyə başlamış, bir neçə ev tikilmişdi. Lakin Laçının işğalı işləri yarımçıq qoydu. İşğal vaxtı vandallar qəsəbədə olan bütün evləri fundamentinə qədər söküb aparıblar, çünki onların tikintisində mişar daşları və beton plitələrdən istifadə edilmişdi).
Yolun Azərbaycana aid hissəsi Həkəri üzərindəki körpüdən başlayır (Zabux kəndindən təxminən 18 km uzaqda). Burada Həkəri sərhəd çayıdır.
Yeni yolun köhnə yolla müqayisəsi isə belədir. Qeyd etdiyim kimi, yeni yolun Laçın rayonu ərazisinə düşən hissəsi maksimum 9 km-dir, köhnə yol isə Laçın şəhərinin mərkəsindən keçməklə rayon arzisində uzunluğu təxminən 30 km-dir (23 km Laçından Qərbi Zəngəzurun sərhədinə qədər, təxminən 7 km Laçından Şuşa rayonun ərazisinə keçənə qədər). Göründüyü kimi, yeni yolun rayonumuzdan keçən hissəsi köhnə yolun rayonumuzdan keçən hissəsindən ən azı 20 km qısadır.
Sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ isə, mən bildiyim qədər hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lik (yolun hər iki tərəfinə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacağı yaxın günlərdə tam aydın olacaq. Ən pis halda köhnə yol boyu sülməramlıların Laçın rayonunda nəzarət zonası təxminən 140-150 kvadrat km idisə, yeni yolda bu maksimum 45 kvadrat km ola bilər.
Yolun Şuşa rayonu ərazisinə düzən hissəsi isə hələ ki, sülməramlıların nəzarəti altındadır, çünki Şuşa rayonunun Vətən müharibəsi zamanı azad edilən ərzailəri (o cümlədən Şuşa şəhəri) istisna olmaqla, qalan bütün ərazisi sülhməramlılaın nəzarət zonasıdır.
Nə isə, hər şey daha yaxşı olacaq, sadəcə həmişə güclü və ağıllı olmalıyıq.
Allah şəhidlərimizin ruhunu şad etsin. Xalqımız və dövlətimiz daima var olsun!
Əlavə etdiyim fotolarda yolun Laçın ərazisinə düşən az qala hər yeri görünür (fotoları yol hazır olmamış çəkmişəm).
Ərşad Hüseynov,
Yol hərəkəti üzrə ekspert.
Qeyd: Bu material müəllifin “Facebook” hesabından götürülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin