ANmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.
“Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan bu əraziləri inkişaf etdirmək istəyir. Bu bölgədə yaşayan ermənilərə də buyurun gəlin, geri qayıdın deyir. Bütün hüquqlarınız təmin olunacaq deyir. Hərtərəfli sülh sazişi təklif etdi. Azərbaycan nə etsin? Azərbaycan başqa nə edə bilər? Tək dərdi torpaqlarını geri almaqdı. Torpaqlarını aldı. İndi də davamlı sülh istəyir. Biz də bunu deyirik”,- Çavuşoğlu qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin